09:38

Neftçala rayonunun demoqrafiq göstəriciləri açıqlanıb

Neftçala rayon əhalisinin sayı ilin əvvəlindən 265 nəfər və yaxud 0,3 faiz artaraq 2024-cü ilin oktyabr ayının 1-i vəziyyətinə 87537 nəfərə çatıb. Rayon Statistika İdarəsindən Xəbər24.mediaya verilən məlumata görə, 9 ayda əhalinin sıxlığı bir kvadrat kilometrə 60,3 nəfər olub. Əhalinin ümumi sayında isə şəhər əhalisinin xüsusi çəkisi 45,9 faiz, kənd əhalisinin xüsusi çəkisi 54,1 faiz, kişilərin xüsusi çəkisi 48,5 faiz, qadınların xüsusi çəkisi 51,5 faiz təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında rayonda təbii artım 247 nəfər, doğulanlar 646 nəfər, ölənlər 399 nəfər, nikahlar 293 nəfər, boşananlar isə 158 nəfər olub.