13:26

Lənkəranın icra başçısı şəhid övladlarının toy məclislərində iştirak edib

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şəhid Məhəmməd Məcidovun oğlu Şəhriyarın və şəhid Zaur Ağalının oğlu Ayxanın toy məclislərində iştirak edib.

Xəbər24.medianın məlumatına görə, şəhid övladlarına xeyir-dua verən icra başçısı dövlətimizin hər zaman onların yanında olduğunu söyləyib.

İcra başçısı bildirib ki, şəhid ailələrinə, övladlarına, qazilərə qayğı və diqqət istər cəmiyyətin, istərsə də dövlətin həssas yanaşdığı məsələlərdəndir. Sözügedən kateqoriyadan olan insanlara hörmət və ehtiram hər birimizin mənəvi borcudur.

Şəhid valideynləri və yaxınları icra başçısının şəhid ailələrinə göstərdiyi həssas yanaşmaya görə razılıqlarını ifadə ediblər. Şəhid əmanətlərinin hər zaman qayğı ilə əhatə olunduqlarına görə onlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.