Haqqımızda

XƏBƏR24 saytı müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.
Saytda Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər operativ, qərəzsiz və vətəndaş-dövlət maraqları qorunmaqla oxuculara çatdırılacaq.
Saytda həmçin dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələrə də mühüm yer veriləcək.
Yaradıcı kollektivimiz “Media haqqında” Qanunun və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə riayət etməklə öz işini quracaq, hər bir oxucu müraciətinə hörmət və həssaslıqla yanaşacaq. Biz bu işdə oxucuların da köməyindən yararlanmaq, onların arzu və təklifləri əsasında operativ xəbərlərə, reportajlara yer vermək niyyətindəyik.
Yaradıcı kollektivimiz Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını bizimlə fəal əməkdaşlığa dəvət edir.

Bizimlə əlaqə:
Təsisçi: Zahid Səmədov
Əlaqə: (+99470)3721500
Baş redaktor Ağaddin Babayev
Əlaqə: (+99455) 718 45 50
E-mail: xebermedia24@rambler.ru