2024-cü ildə Yardımlı rayonu üzrə əhalinin sayı 768 nəfər (1,1%) artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 69214 nəfərə çatıb. Bu barədə məlumatı Xəbər24.mediaya Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev verib.
Onun sözlərinə görə, rayonda əhalinin 7498 nəfərini (10,8%) şəhər, 61716 nəfərini (89,2%) kənd sakinləri, 34745 nəfərini (50,2%) kişilər, 34469 nəfərini (49,8%) isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2024-cü ildə rayonda 1094 doğum, 293 ölüm halı qeydə alınmış, 473 nikah bağlanmış və 84 boşanma halı baş vermişdir. Rayon üzrə miqrasiya saldosu mənfi 33 olmuşdur.