15:47

Ötən ilin yanvar-noyabr aylarında Lənkəranda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artıb

2024-cü ilin ildə yanvar-noyabr aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 631,8 manat təşkil etmişdir. Bu barədə məlıumat Xəbər24.mediaya Lənkəran Şəhər Statistika İdarəsindən verilib. Bildirilib ki, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 705,9 manat, özəl müəssisələrdə isə 520,0 manat olmuşdur.

Maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, təhsil, peşə, elm və texniki fəaliyyət, turistlərin yerləşdirilməsi və ictimai iaşə, informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.