09:53

Polis general-mayoru Şərif Əsədullayevin vəfatının ildönümüdür

Bu gün polis general-mayoru Şərif Əsədullayevin vəfatından 1 il ötür.

Xəbər24.medianın məlumatına görə, Şərif Kamil oğlu Əsədullayev 1 sentyabr 1955-ci ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayan Ş.Əsədullayev əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb.

2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Ş.Əsədullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Vətən uğrunda» medalına, Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə Dövlət mükafatına, DİN-nin "Qüsursuz xidmətə görə” 1, 2, 3-cü dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

2023-cü il yanvarın 16-da Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin.