2 fevral -Azərbaycan Gəncləri Günü münasibətilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon komitələrinin dəstəyi ilə təhsil müəssisələrində çalışan gənc təhsil işçiləri ilə görüş keçirilib.
Xəbər24.medianın məlumatına görə, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışını edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov gənc təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, hər il fevralın 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd edildiyini vurğulayıb və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını qeyd edib.
Vüqar Dadaşov, həmçinin son illər müəllim əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması və nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb və gənc müəllimlərin sayının ildən-ilə artmasının gənclərin müəllimlik peşəsinə olan marağını göstərdiyini bildirib.
Tədbirdə gənc təhsil işçiləri çıxış edərək öz ugur hekayələrini danışıblar.
Sonda nailiyyətləri ilə fərqlənən gənclərə Təşəkkürnamə və hədiyyələr təqdim edilib. Tədbir, intellektual oyunlar və musiqili proqramlarla davam edib
center][/center]