08:52

Lənkəranda şəhid ailələri üçün Yeni il şənliyi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Lənkəranda 150 şəhid ailə üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları üçün Yeni il şənliyi keçirib. Xəbər24.medianın məlumatına görə, tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.

Agentliyin Lənkəran-Astara regional idarəsinin müdiri Ramin Hüccətov çıxış edərək, bu il xalqımızın əldə etdiyi uğurlardan, tarixi və əzəli torpaqlarımız Xankəndi, Xocalı, Ağdərə, eləcə də digər işğaldan azad olunan torpaqlara dönüşdən ətraflı məlumat verərək, bu xoşbəxtliyi Azərbaycan xalqına bəxş edən Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətdən geniş danışıb.

Ramin Hüccətov eləcə də Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümü və həmrəylik günü haqqında tədbir iştirakçılarına məlumat verib.

Yeni il şənliyində şəhid övladlarına qiymətli hədiyyələr təqdim olunub.


[center]









[/center]