2025-ci ilin əvvəlinə Yardımlı rayonunda 5129 ədəd avtomobil mövcud olmuş, onlardan 3099 ədədi texniki baxışdan keçmiş və hazırda saz vəziyyətdədir. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin Xəbər24.mediaya verdiyi məlimata görə, istismarda olan nəqliyyat vasitələrindən 40 ədədi dövlət mülkiyyətinə, 55 ədədi isə xüsusi mülkiyyətə aid olmaqla cəmi 95 ədədi hüquqi şəxslərin, 5034 ədədi isə fiziki şəxslərin istifadəsindədir.
[/center]
Avtomobillərin ümumi sayından 4482 ədədi minik, 538 ədədi yük, 27 ədədi xüsusi təyinatlı, 35 ədədi sərnişin avtobusu, qalanı isə digər növ nəqliyyat vasitələridir. Minik avtomobillərin markalarına görə bölgüsündə 2000 ədədi müxtəlif modifikasiyada VAZ avtomobilləri, (994 ədədi VAZ 2121), 514 ədədi Mercedes-Benz, 220 ədədi Chevrolet, 270 ədədi Hyundai, 208 ədədi Kia, 1270 ədədi isə digər markalı avtomobillərdir.
A.Ağayev bildirib ki, rayonda mövcud olan minik avtomobillərinin istifadə etdiyi yanacağın növlərinə görə sayına nəzər saldıqda onlardan 588 ədədi dizel, 66 ədədi hibrid, 30 ədədi qaz, 4 ədədi elektrik, qalanı isə benzin sərfiyatlı nəqliyyat vasitələri növünə aiddir.
İstismarda olan avtomobillərin 40 ədədinin və ya 0,8 faizinin buraxılış ili 2 ilədək, 50 ədədinin və yaxud 1,0 faizinin 2 ildən 5 ilədək, 332 ədədinin və yaxud 6,5 faizinin 5 ildən 10 ilədək, 1934 ədədinin və yaxud 37,7 faizinin 10 ildən 20 ilədək, 2773 ədədinin və ya 54,0 faizi isə 20 ildən yuxarıdır.
2025-ci ilin əvvəlinə rayonda müxtəlif markadan olan avtonəqliyyat vasitələrinin ümumi sayında ötən ilə nisbətən 496 ədəd artım qeydə alınmış, 5 ədəd minik, 2 ədəd yük avtomobili, 1 ədəd avtobus olmaqla cəmi 8 nəqliyyat vasitəsi isə istismara yararsız olduğu üçün silinmişdir.