11:25

Yardımlı təhsili statistikanın gözü ilə

2024/2025-ci tədris ilinin əvvəlinə Yardımlı rayonunda fəaliyyət göstərən 74 dövlət gündüz ümumtəhsil məktəblərində 6098 nəfər şagird təhsilə cəlb edilmiş və ötən dərs ili ilə müqayisədə onların sayı 241 nəfər azalmışdır.



Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin Xəbər24.mediaya verdiyi məlumata görə, rayonun ümumtəhsil məktəblərindən 4-ü şəhər yerinə aid olmaqla 46-sı tam orta, kənd yerinə aid olmaqla 18-i ümumi orta, 10-u isə ibtidai məktəblərdir.

Bütün şagirdlərdən 5239 nəfəri (85,9%) tam orta məktəblərdə, 756 nəfəri (12,4%) ümumi orta məktəblərdə, 103 nəfəri (1,7%) ibtidai məktəblərdə təhsil alır. Kənd yerində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 12 məktəb iki növbəlidir və həmin məktəblərdə şagirdlərin sayı 1469 nəfərdir.

Məktəblər 100 faiz kompüterlərlə təchiz edilmiş və kompüterlərin ümumi sayı 513 ədədə çatmışdır.



Cari tədris ilində bir kompüterə düşən şagird sayı 11,9 olmuşdur.

2024-cü ilin sonuna rayon ərazisində 20 məktəbdə 91 kompüter internetə qoşulmuş, 1991 şagird internetdən istifadə etmişdir.