2025-ci ilin əvvəlinə Yardımlıda 5321 arı ailəsi mövcud olmuşdur. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin Xəbər24.mediaya verdiyi məlumata görə, Yardımlıda əkinçilik və heyvandarlıqla yanaşı arıçılıq da prioritet sahələrdən hesab olunur.
2025-ci ilin əvvəlinə rayonda 5321 arı ailəsi qeydə alınmışdır ki, ondan 4851 arı ailəsi ailə kəndli və ev təsərrüfatlarının, 470 arı ailəsi isə kənd təsərrüfatı təyinatlı müəssisələrin mülkiyyətindədir. Rayonda mövcud olan 5321 arı ailəsindən 45,2 ton bal istehsal edilmiş, təbii balın 1 kiloqramının orta satış qiyməti 32,2 manat olmuşdur. 2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 1,4 faiz, bal istehsalı isə 3,7 faiz azalmışdır.
Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.