Oktyabrın 21-də “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyi Lənkəran şəhərində ““COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində region gənclərinin ekoloji maarifləndirilməsi” layihəsi ilə əlaqədar 20 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yarım günlük təlim kursu təşkil edib. Xəbər24.medianın məlumatına görə, təlim kursunda Lənkəran rayonu üzrə 16-29 yaş arası 20 nəfər gənc olmaqla, 12 nəfər qız və 8 nəfər oğlanın iştirakı təmin olunub.
İctimai Birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Kənan Musayev, təlimçi-ekspert qismində isə Lənkəran Dövlət Universitetinin doktorantı – müəllim Samir Salayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşərək iştirakçı gənclərin suallarını cavablandııblar.
Təlim kursunda işçi heyətlə iştirakçılar arasında "COP29", Yaşıl dünya və digər ekoloji məsələlər sahəsində bir çox mövzuların – “Ekologiya və ekoloji sistem (ekosistem), təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və təbiətdən istifadə, ekoloji problemlər və onların həlli yolları, tullantılar və onların idarə olunması, ekoloji siyasət: COP29 və Yaşıl dünya naminə həmrəylik ili” müzakirə olunmaqla aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilib.
Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunub.
Təlimin sonunda bütün iştirakçılara sertifikatlar və aidiyyəti flayerlər təqdim edilib.
Qeyd edək ki, 15 sentyabr – 15 dekabr 2024-cü il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların ekoloji bilik və təcrübələrinin artırılması və yerli gənclər arasında “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”ni təbliğ etməkdən ibarətdir.
Əlavə edək ki, növbəti təlim kursları oktyabrın 22-də Cəlilabad, oktyabrın 28-də Astara, oktyabrın 29-da Lerik, noyabrın 5-də isə Masallı şəhərində təşkil olunacaq.