19:49

Lənkəranda “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda təlim kursu keçirilib

Noyabrın 26-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yanında İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvü “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası ictimai birliyi tərəfindən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsində idarənin könüllüləri, o cümlədən Lənkəran Dövlət Universitetinin və Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin tələbələri üçün “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda təlim kursu keçirilib.

Xəbər24.medianın məlumatına görə, 20 nəfərin iştirak etdiyi tədbirdə təlimçi-ekspert Afiq Məlikov iştirakşılara “İnsan alveri, insan qaçaqmalçılığı, insan alverinin ümumi formaları, insan alverinin başvermə səbəbləri, insan alverinə cəlbetmə yolları, insan alveri üzrə risk qrupları, insan alveri qurbanlarının ehtiyacları, insan alveri qurbanları ilə yarana biləcək tibbi, psixoloji və sosial (davranışdakı) fəsadlar, insan alverinə dair statistik məlumatlar, insan alverinə qarşı mübarizə üzrə milli qanunvericilik və beynəlxalq konvensiyalar, “Qaynar xətt – 152”” barədə geniş təqdimat keçirib və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırıb.

Sonda tədbir iştirakçıları üçün insan alverinə dair müxtəlif videoçarxlar nümayiş etdirilib və gənclər arasında aidiyyəti bukletlər paylanılıb.