14:28

Neftçala rayonu üzrə sənayenin əsas göstəriciləri

2024-cü ilin yanvar-sentyabr aylarında Neftçala rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş sənaye xarakterli xidmətlərin həcmi sabit qiymətlərlə 41,1 faiz artaraq 60877,8 min manat təşkil edib. Bu barədə məlumatı Xəbər24.mediaya rayon Statistika idarəsinin rəisi Şahin Mənəfov verib. Onun sözlərinə görə, sənaye məhsulunun 64,8 faizi emal, 28,3 faizi mədənçıxarma, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mədənçıxarma sənayesində məhsul buraxılışının həcmi 17209,8 min manat və ya 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə sabit qiymətlərlə 2,0 faiz artıb, emal sənayesində 39443,8 min manat və ya 72,1 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 3360,1 min manat və ya 5,2 faiz azalmış və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 864,1 min manat və ya 13,6 faiz artıb.