18:56

Hirkan Milli Parkı ərazisində baş verən şərti yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Hirkan Milli Parkında tədbir keçirib. Xəbər24.medianın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin aidiyyəti qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi və Hirkan Milli Parkının əməkdaşlarının birgə iştirakı ilə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda keçirilən tədbir zamanı meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi vurğulanıb. Eləcə də yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsindən söz açılıb.

Sonda Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə, şərti olaraq baş vermiş meşə yanğınlarının qarşısının alınması, eyni zamanda xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6-8 metrlik məsafənin şumlanaraq, təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.