21:56

Sabah Lənkəranın 15 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Lənkəran rayonunun bir neçə yaşayış məntəqsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 28 iyun 2024-cü il saat 10:00 da Lənkəran rayonunun Xarxatan kəndində diametri 159 mm-lik “Xarxatan qol” yüksək təzyiqli qaz kəmərinin 0,8-ci km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sözügedən qovşaqdan qidalanan 15 yaşayış məntəqəsinin, ümumilikdə 9800 abonentin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Gün ərzində təmir işləri yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.