10:53

Lənkəranın bu kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Bu gündən etibarən iyulun 15-nə kimi Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində növbəli şəkildə fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, Lənkəran rayon elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik hava xətləri ağac budanması ilə əlaqədar sifarişə əsasən açılacaq. Odur ki, rayonun Şirinquyu, Ürgə, Səpnəkəran, Şıxakəran, Separadi, Parakənd, Girdəni, Havzova, Ləj kəndlərinə elektrik enerjisinin verilməsində məhdudlyyətlər tətbiq olunacaq.

Ağac budanması işləri yekunlaşdıqdan sonra kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.