15:11

Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rüfət Ağabalayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24. mediaya verilən məlumata görə, R.Ağabalayevdən ümumilikdə 7 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.