16:39

Narkotik tərkibli bitkilər becərən Lənkəran sakinləri yaxalanıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Cabir Məmmədov, Məhərrəm Cəbiyev və Yusif Məmmədov yaxalanıblar. Xəbər24.medianın məlumatına görə, C.Məmmədov və Y.Məmmədovun yaşadıqları evin həyətyanı sahələrində, M.Cəbiyevin isə Darquba kəndi ərazisində əkin sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 20 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan əlavə, C.Məmmədovdan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.