13:06

Nefçalada 76235,9 ton taxıl istehsal olunub

Neftçala rayonunun təsərrüfatlarından bu il 33595,2 hektar taxıl sahəsindən 76235,9 ton taxıl istehsal olunub. Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfovun Xəbər24.mediaya verdiyi məlumata görə, taxıl məhsulunun 21571,8 tonu buğda, 54664,1 tonu arpa olub. Bir hektardan taxılın məhsuldarlığı 22,7 sentner, o cümlədən buğda sahəsində 31,4 sentner, arpa sahəsində isə 20,5 sentner təşkil edib.