13:17

Cari ilin 6 ayında Nefçalada tikinti işlərinin dəyəri 4924,8 min manat təşkil edib

2024-cü ilin yanvar-iyun aylarında rayonumuzun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7297,3 min manat vəsait yönəldilmiş, onun 6737,8 min manatı və ya 92,3 faizi dövlət sektoruna, 559,5 min manatı və ya 7,7 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə rayonda əsas kapitala investisiya qoyuluşu 17661,2 min manat və ya 70,8 faiz azalmışdır. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7088,6 min manatı və ya 97,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17695,8 min manat və ya 71,4 faiz azalmışdır.

2024-cü ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4924,8 min manat təşkil etmişdir. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 292,2 min manat və ya 6,3 faiz artmışdır. Cari ilin yanvar-iyun ayları ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 83,6 faizini sair işlər, 11,1 faizini cari təmir, 4,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 1,0 faizini isə əsaslı təmir işləri təşkil etmişdir.

Şahin MƏNƏFOV,
Neftçala Rayon Statstika İdarəsinin rəisi