13:02

İcra başçısı Lərmərud kəndində səyyar qəbul keçirib-FOTOLAR

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Lərmərud kəndində səyyar qəbul keçirib.
Xəbər24.media - nın məlumatına görə, qəbulda Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lərmərud, Haftonu, Davıdonu, Vamazğon və Nücü kəndlərinin sakinləri iştirak ediblər.

Qəbulda rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.

Sonra sakinlərin müraciət və təklifləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb.
İcra başçısı araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlarını verib.







Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: xebermedia24@rambler.ru