09:01

Hərbi xidmətə yola düşən lənkəranlı gənc ictimai fəal Allahverən Pərvizoğlu ilə görüş keçirilib

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Mədəniyyətimiz uğurlara doğru" lahiyəsi çərçivəsində ictmai yaradıcı gənc, 3 dəfə respublika mahnı müsabiqəsinin qalibi, yaxın günlərdə hərbi xidmətə yola düşən Allahverən Pərvizoğlu ilə  görüş keçirilib.

Xəbər24.medianın məlumatına görə, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, ziyalılar, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Arzu Rufullayeva açaraq yaradıcı gəncin həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra yazıçı-publisist, Prezident təqaüdçüsü Səyavuş Süleymanlı, Lənkəran Rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Canıyev, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova, Allahverən Pərvizoğlunun anası Samirə Hüseynzadə, şəhid Elnur Talıbovun anası Gülçöhrə Talıbova, şəhid baş leytenant Mais Abbasovun anası Zahirə Abbasova, şəhid Valeh Əkbərzadənin həyat yoldaşı Cəmilə Əkbərzadə, şəhid Anar Quliyevin anası Bahirə Quliyeva, mərhum şair İltifat Salehin qızı Afaq Eyvazova, Həzi Aslanov ev muzeyinin direktoru Həcər Nəsirova, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin ibtidai sinif müəllimi Aydan Rzayeva, şairlər Ağamir Cavad, Salman Məmmədoğlu, Şəmsəddin Canıyev çıxış edərək yaradıcı gəncin yaradıcılığından söz açaraq, ona hərbi xidmətində müvəffəqiyyətlər arzulayıblar.

Daha sonra Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlərilə tədbirə rəng qatıblar.

Sonda Allahverən Pərvizoğlu keçirilən görüşə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, xatirə şəkli çəkdirilib.