“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi ““COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində region gənclərinin ekoloji maarifləndirilməsi” layihəsinin növbəti təlim kursunu oktyabrın 28-də Astara şəhərinin Gənclər Evində resllaşdırıb. Xəbər24.medianın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan yarım günlük təlim kursunda 14 nəfər qız və 6 nəfər oğlan olmaqla 20 nəfər gənc iştirak edib.
İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə baş məsləhətçi cənab İqrar Cəfərov, təlimçi-ekspert qismində isə Lənkəran Dövlət Universitetinin doktorantı – müəllim Samir Salayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşməklə iştirakçı gənclərin suallarını cavablandırıblar.
Təlim kursunda işçi heyətlə iştirakçılar arasında COP29, Yaşıl dünya və digər ekoloji məsələlər sahəsində bir çox mövzular, o cümlədən “Ekologiya və ekoloji sistem (ekosistem), Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və təbiətdən istifadə, Ekoloji problemlər və onların həlli yolları, Tullantılar və onların idarə olunması, Ekoloji siyasət: COP29 və Yaşıl dünya naminə həmrəylik ili” müzakirə olunub və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilib.
Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunub.
Təlimin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar və aidiyyəti flayerlər təqdim edilib.
Qeyd edək ki, 15 sentyabr – 15 dekabr 2024-cü il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların ekoloji bilik və təcrübələrinin artırılması və yerli gənclər arasında “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”ni təbliğ etməkdən ibarətdir.
Növbəti təlim kursları 29.10.2024-cü il tarixində Lerik, 05.11.2024-cü il tarixində isə Masallı şəhərində təşkil olunacaq.