12:48

İcra başçısı idmançılarımız Xasay Həsənli və Urfan Həsənli qardaşlarını qəbul edib

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yunan-Roma güləşi üzrə 2024-cü ildə Bakıda keçirilən Avropa çempionatının qalibi Xasay Həsənli və 2024-cü ildə böyüklər arasında keçirilən Azərbaycan çempionatında 2-ci yeri tutmuş Urfan Həsənli qardaşlarını qəbul edib.

Xəbər24.medianın məlumatına görə, Lənkəran ŞİH başçısı Xasay və Urfan qardaşlarına Dövlət Bayrağımızı idman arenalarında ucaltdıqlarına və Dövlət Himnimizi səsləndirdiklərinə görə təşəkkür edib.

Lənkəran ŞİH-nin başçısı Xasay və Urfan qardaşlarına Dövlət Bayrağımızı idman arenalarında ucaltdıqlarına və Dövlət Himnimizi səsləndirdiklərinə görə təşəkkür edib. T.Qaraşov idmanla məşğul olmağın pis vərdişlərdən uzaq qalınması üçün ən yaxşı vasitələrdən biri olduğunu vurğulayaraq, ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi üçün dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıb, idmanın inkişafı və idmançılara olan qayğının ən yüksək səviyyədə olduğunu bildirməklə, peşəkar idmançıların yetişməsi üçün bütün lazımi şəraitin yaradıldığını, onların tam qayğı ilə əhatə olunduqlarını qeyd edib.

İdmançılarımız Xasay və Urfan qardaşları da öz növbəsində qəbula və şəhər İcra hakimiyyətinin hər zaman diqqət və qayğısını hiss etdiklərinə görə İcra başçısına təşəkkür ediblər.

İdmançılarımız onların fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını söyləyərək, dövlət tərəfindən fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.