16:02

Lənkəranda 85 yaşlı piyadanı avtobus vuraraq öldürüb

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Xəbər24.medianın məlumatına görə, hadisə bu gün saat 15.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

Lənkəran şəhəri ərazisində "Dairəvi-1" marşrutu üzrə işləyən sürücü T.Məhərrəmovun idarə etdiyi "PAZ" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyada, 85 yaşlı İbrahim İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.