09:37

Təqaüdçünün pensiya kartındakı pul vəsaitini ələ keçirən şəxs saxlanılıb

Təqaüdçünün pensiya kartındakı pul vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər pensiya kartındakı pulun tanımadığı şəxs tərəfindən oğurlandığı barədə polisə məlumat verib.

Lənkəran Şəhər-Rayon Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.

Araşdırmalarla K.Əlizadənin kömək üçün ona müraciət edən daha 3 təqaüdçünün də kartından oğurluq etdiyi məlum olub.

O, bankomatların yaxınlığında dayanaraq kömək istəyən təqaüdçülərin kartlarını alaraq əvəzində onlara müddəti bitmiş başqa bank kartları qaytarıb.

K.Əlizadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.