Narkotikin təsiri altında maşın sürən Astara sakini saxlanılıb. Xəbər24.medianın məlumatına görə, Astara rayonu ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin konstruksiyasında dəyişiklik edildiyindən nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Həmin avtomobili etibarnaməsiz, sürücülük vəsiqəsi olmadan idarə edən, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən Şəhriyar Zülfüqarlının narkotik vasitədən istifadə etdiyi də müəyyənləşdirilib.
Onun barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Zülfüqarlı 15 gün müddətində inzibati qaydada həbs olunub.