15:25

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Xəbər24.medianın məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri iştirak ediblər.

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişləri “xilas edərək” ilkin yardım göstərib, habelə “suda boğulmuş şəxsin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.