08:49

İdarə rəisi kollektivə təqdim olundu - FOTOLAR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin (RTİ) müdiri vəzifəsinə təyin edilən Bəhruz Mehdiyev kollektivə təqdim olunub. Xəbər24.medianın məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, RTİ əməkdaşları, sektor müdirləri iştirak ediblər.

Eşqi Bağırov təhsilin keyfiyyətinin artırılması istiqamətində ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. O, Bəhruz Mehdiyevi təyinatı münasibətilə təbrik edərək, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində çalışan təhsil işçiləri ilə birlikdə ölkənin təhsil siyasətinin həyata keçirilməsində ona uğurlar arzulayıb.

Sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov RTİ əməkdaşlarının iş şəraiti ilə tanış olub.