11:29

“Ərkivan Xeyriyyə Cəmiyyəti”nin növbəti xeyriyyə aksiyası - FOTOLAR

Masallı rayonunun Ərkivan qəsəbəsində fəaliyyət göstərən “Ərkivan Xeyriyyə Cəmiyyəti” daha bir xeyriyyə aksiyasını həyata keçirib. Xəbər24.medianın məlumatına görə, müqəddəs Ramazan bayramı ərəfəsində keçirilən aksiya “Ərkivan Şəhidlər Parkı”nın ziyarəti ilə başlayıb. Tədbir iştirakçıları torpaqlarımızın müdafiəsi uğunda həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək abidə kompleksini qarşısına təzə-tər gül dəstələri düzüblər.

Sonra bayram aksiyası Həsənəküçə Mərasim Evində davam etdirilib.

“Ərkivan Xeyriyyə Cəmiyyəti”nin sədri Cəfər Cəfərov çıxış edərək bildirib ki, aksiya qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə baş tutub.

Şəhid atası Habil Həşimov, qəsəbə ağsaqqalı Səyədulla Abbasov və digərləri yerli sakinlər adından aksiyanın təşkilatçılarına, maddi dəstək göstərənlərə öz minnətdarlıqlarını çatdırıblar.

Daha sonra hər birinin dəyəri 45 manat olmaqla 210 sovqat bağlaması xeyriyyə cəmiyyətinin könüllüləri tərəfindən şəhid və qazi ailələri də daxil olmaqla qəsəbənin aztəminatlı ailələrinə təqdim edilib.














[/center]