16:44

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması faktları aşkarlanıb

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması faktları aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktı aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir