13:23

Şair Salman Məmmədoğlu ilə görüş - FOTOLAR

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı Şağlaser kənd filialında şair-publisist Salman Məmmədoğlu ilə görüş keçirilib.

Xəbər24.medianın məlumatına görə, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kənd ictimaiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin, mədəniyyət işçilərinin qatıldıqları tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Gülbəniz Nəhmətova şair Salman Məmmədoğlunun həyat və yaradıcılığı barədə məlumat verib.

Daha sonra sıxış edən kənd ağsaqqaları Hacı Təbriz Dadaşov, Qəhrəman Əsgərov, şair Rza Musayev, mədəniyyət işçisi Əli Əkbərov, müəllim Rauf Sadıqov və digərləri Salman Məmmədoğlunun çoxşaxəli yaradıcılığından bəhs edərək, ona yeni-yeni uğurlar diləyiblər.

Kənd məktəbinin şagirdləri şairin şeirlərindən nümunələri ifa ediblər.

Sonda Salman Məmmədoğlu görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək, yaradıcılıq planları barədə söz açıb.