Lənkəranda çaydan kişi meyiti tapılıb. Xəbər24.medianın məlumatına görə, meyit bu gün axşam saatlarında rayonun Velədi kəndinin ərazisindən keçən çayda aşkarlanıb.
Belə ki, iyul ayının 14-dərayon sakini, 1976-cı il təvəllüdlü Elşad Xanhəsən oğlu Panayev balıq tutmaqdan ötrü qurduğu torları yığmaq üçün Velədi kəndi ərazisindən keçən çaya gedib.
Həmin gündən onun barəsində heç bir xəbər olmayıb. Yaxınları onun itməsi barədə aidiyyəti orqanlara məlumat veriblər və E.Panayevin axtarışlarına başlanıb.
Bu gün isə kənd sakinləri tərəfindən çayda meyit olduğu aşkarlanıb və bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib.
Əraziyə FHN-nin Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Elşad Panayev uzun müddətdən bəri epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.