Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu təqvim planına uyğun olaraq mayın 1-də Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran Taleh Qaraşov bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara məlumat verilib.
Bildirilib ki, ötən müddət ərzində aqrar sahədə nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə edilib. Belə ki, ərazidən 100 ton taxıl, 435 kq barama tədarük edilib, 50 ha çay, 100 ha buğda, 12 ha çiyələk və 15 ha sitrus ağacları əkilib. Eyni zamanda Dövlət Proqramına uyğun olaraq dağ relyefinə malik Moloja kəndinin qazlaşdırılması prosesinə paşlanılıb. “Şəhərdən kəndə” layihəsi çərçivəsində ərazidə aqroturizm təsərrüfatının yaradılmasına dəstək verilib: “Bütün bunlar dövlət başçı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rayonumuza olan xüsusi diqqətinin nəticəsidir”.
Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri səmimi atmosferdə keçən görüş-qəbula görə razılıqlarını ifadə ediblər. Osakücə, Pambəyi, Tatoba, Sinovli, Moloja və Haftaruon kəndlərinin sakinləri şəxsi və ümumi problemlərini rayon rəhbərliyinə çatdırıblar, onların həlli istiqamətində icra başçısı tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ölkədəki sosial-iqtisadi inkişafı gündəlik həyatlarında hiss etdiklərinə, habelə dağ kəndi olan Moloja kəndinin qazlaşdırılması istiqamətində görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.