18:44

Astarada 22 yaşlı gənc bədbəxt hadisədən ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.

Xəbər24.medianın məlumatına görə, rayonun Pəlikeş kənd sakini, 22 yaşlı Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən müvazinətini itirərək körpüdən çaya düşüb və aldığı xəsarətlərdən ölüb. Onun meyiti yerli sakinlər tərəfindən çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.