10:35

Diqqət: Bu şəxs axtarılır!

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev aprelin 27-də yaşadığı evdən çıxıaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

ONəsib Quliyevin barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.