12:14

HƏMAS hər gün 12 girovu azad edəcək

Fələstinin HƏMAS qruplaşması İsraillə bağladığı razılaşmalar çərçivəsində gündə 12 girovu azad edəcək. Xəbər24.media bildirir ki, bu barədə İsrailin i24News telekanalı məlumat yayıb.

"Hər axşam İsrail ertəsi gün azad ediləcək girovların siyahısını alacaq. Atəşkəsin ilk günlərində hər gün təxminən 12 oğurlananın azad ediləcəyi gözlənilir", - hesabatda deyilir.

Yaraqlılar qadın və uşaqları Qırmızı Xaça, sonra isə İsrail hərbçilərinə təhvil verəcəklər.

Noyabrın 22-də İsrail hökuməti Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Tərəflər dörd günlük atəşkəs elan edəcək və bu müddət ərzində silahlılar 50 qadın və uşağı azad edəcəklər. Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlarla görüşə icazə veriləcək.

Öz növbəsində İsrail razılaşmalar çərçivəsində azad edilməsi planlaşdırılan 300 fələstinli məhbusun siyahısını dərc edib.