Vəliəhd şahzadə Mişaal əl-Əhməd əl-Cabir əs-Sabahı Küveytin yeni əmiri təyin edilib. O, 83 yaşındadır və dünyanın ən yaşlı vəliəhdi hesab olunur.
Keçmiş əmir Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah şənbə günü, dekabrın 16-da 87 yaşında vəfat edib.
Ölkədə 40 günlük matəm elan edilib, dövlət qurumları üç gün bağlı olacaq.
Mişaal 2020-ci ilin sentyabrında böyük qardaşının ölümündən sonra taxta çıxanda Əmir Navaf tərəfindən vəliəhd təyin edilib.
Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 2020-ci ildə qardaşı IV Sabahın vəfatından sonra bu vəzifəyə keçərək cəmi üç il Küveyt əmiri vəzifəsində çalışıb.
Küveytin on altıncı əmiri olan Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 25 iyun 1937-ci ildə anadan olub. 2006-cı ildə əs-Sabah sülaləsinin taxt-tacının varisi elan edilib. O, Daxili İşlər Nazirliyinin rəisi, müdafiə naziri və baş nazirin müavini vəzifələrində çalışıb.
Mişaal əl-Əhməd Navafın ögey qardaşıdır və 1940-cı ildə anadan olub.
Mişaal da üç qardaşı - Navaf, Sabah və Cabir kimi əmir Əhməd əl-Cabir əs-Sabahın (1921-1950-ci illərdə Küveyti idarə edib) oğludur.
Mişaal həyatı boyu müxtəlif vəzifələrdə, o cümlədən Milli Qvardiyanın komandirinin müavini olub.