11:10

Avtomobil Co Baydenin kortejinə çırpılıb, ABŞ prezidenti xəsarət almayıb

ABŞ prezidentinin Delaverə səfəri zamanı avtomobil Co Baydenin kortejinə çırpılıb.

Qəza prezident və birinci xanım Cil Baydenin "Bayden-Harris 2024-cü il" təkrar seçki kampaniyasının qərargahını tərk etməsindən dərhal sonra baş verib. Ağ Evin mətbuat xidməti Bayden komandasının üzvləri ilə şam yeməyinin olduğunu bildirib.

Küçədə prezident müxbirin sualını cavablandırıb və bir neçə saniyə sonra Delaver dövlət nömrə nişanlı gümüşü sedan qərargahın girişi ilə üzbəüz kəsişmədə korteji əhatə edən təhlükəsizlik avtomobilinə çırpılıb. Gizli Xidmət agentləri maşını küncə sıxaraq, silahlarını sürücüyə tuşlayıblar.
ABŞ prezidenti və birinci xanım Məxfi Xidmət əməkdaşlarının əhatəsində avtomobillərinə doğru irəliləyərək hadisə yerini tərk ediblər.

Hadisənin bütün şəraiti hələ açıqlanmasa da, bunun “qəsdən toqquşma” olmadığı açıqlanıb.

“Reuters” yazır ki, ilkin məlumatlara görə, kortejdən olan təhlükəsizlik avtomobili qəza zamanı yağış yağdığını qeyd edərək, seçki qərargahına gedən yollardan birini kəsən avtomobilə çırpılıb.