11:34

Çeçenistan “Cihad maşınları”nın istehsalına başlayacaq

Çeçenistanda "Cihad Maşın"larının istehsalına başlanılacaq.

Çeçenistan Sənaye Nazirliyinin rəhbəri Adəm Hakimov məlumat verib ki, respublikada “Cihad Maşın” döyüş maşınlarının seriyalı istehsalına 2024-cü ildə başlanılacaq.

“Biz artıq bu ayın əvvəlində layihə sənədlərini almışıq və hazırda eksperimental modelin montaj mərhələsi gedir. Bundan sonra avtomobili sınaqdan keçirəcəyik. Hərbi texnikanın ilk nümunələri bu ayın sonuna qədər Çeçenistan Respublikasının rəhbərinə təqdim olunacaq”,-deyə Adəm Hakimov bildirib./Xəbər24.media/.