18:35

Braziliya həbsxanasında mühafizə itləri qazlarla əvəzlənib

Santa Catarina həbsxanasında ərazini qoruyan itlər qazlarla ilə əvəz olunub. Xəbər24.media Reuters Agentliyinin məlumatına istinadən bildirir ki, bu həbsxana ərazisi adətən çox sakitdir. onun ərazisindəki gölməçədə üzmədikləri halda, qazlar daxili hasarla əsas xarici divar arasındakı əraziyə nəzər yetirirlər.

Həbsxana işçiləri qazların sayıq olduqlarını və əla eşitmə qabiliyyətinə malik olduqlarını qeyd edirlər. Bu xüsusiyyət isə onları əla gözətçiyə çevirir. Belədə quşlar çox yüksək səs çıxarırlar.

Bundan əlavə, həbsxana rəisi Markos de Souzanın sözlərinə görə, qaz saxlamaq it saxlamaqdan daha ucuz başa gəlir.

“Hətta gündüzlər də burada çox sakitdir, xüsusən də gecələr... Qazların vəziyyətinə gəlincə, məkan bu cür mühafizəyə üstünlük verir”, - nəzarətçi deyir.

Qaz sürüsünə Piu-Piu qazı rəhbərlik edir. Həbsxana işçiləri onu adı ilə çağıranda o, fərqli səs çıxarır.