19:09

Yaponiyada zəlzələ nəticəsində 92 nəfər ölüb, 460 nəfər yaralanıb, 250 nəfər itkin düşüb

Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb. Xəbər24.medianın ABC News-ə istinadən verdiyi məlumata görə, cümə günü səhər saatlarınadək ölənlərin sayı 92 nəfər olub. İşikava rəsmiləri bildiriblər ki, ölənlərdən 55-i Vacima şəhərində, 23-ü isə Suzudadır. Beş qonşu şəhərdə daha 13 ölüm faktı qeydə alınıb. 460-dan çox insan yaralanıb, onlardan ən azı 26-sının vəziyyəti ağırdır.

Rəsmilər 242 nəfərin hələ də itkin düşdüyünü bildirib. Adların siyahısı hər gün artır. İtkin düşənlərin çoxu zəlzələdən ən çox zərər çəkən Vacima və Suzu şəhərlərindən olan qocalardır.

Nəşr qeyd edir ki, insanların Yeni ili öz yaxınları ilə qarşılamağa gəlməsi vəziyyəti mürəkkəbləşdirir.

Xatırladaq ki, Yaponiyada yanvarın 2-də baş verən 7,6 bal gücündə zəlzələ Noto yarımadasında evləri dağıdıb, İşikava prefekturasının Vacima şəhərində yanğınlara səbəb olub.