15:57

Nikita Xruşşovun nəvəsi Aleksey Adjubey vəfat edib

Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun nəvəsi Aleksey Adjubey 69 yaşında Moskvada vəfat edib. Bu barədə TASS-a həkimlər məlumat veriblər.

"Nikita Xruşşovun nəvəsi Aleksey Adjubey Moskvanın mərkəzindəki Tverskaya küçəsindəki mənzilində dünyasını dəyişib. Onun 69 yaşı var idi. Ölüm təbii səbəblərdən baş verib", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, kişi zənglərə cavab vermədiyi üçün dostları narahat olmağa başlayıb və onun yanına gəliblər. "Adjubəy qapını açmadı, ona görə də açmalı olduq. Onlar mənzilə girəndə o, artıq ölmüşdü", - deyə tibb xidmətinin nümayəndəsi əlavə edib.

Qeyd edək ki, Aleksey Adjubey 1954-cü ildə anadan olub. O, Xruşşovun qızı Radanın və müxtəlif vaxtlarda “Komsomolskaya Pravda” və “İzvestiya” qəzetlərinin baş redaktoru olmuş sovet jurnalisti Aleksey Adjubeyin oğludur.