17:34

Masallıda qanunsuz saxlanılan odlu silahlar müsadirə olunub

Masallı Rayon Polis Şöbəsi(RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirləri davam etdirilməkdədir. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, keçirilən növbəti tədbirlər zamanı daha 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 2 ədəd "İJ" markalı, 1 ədəd isə "TOZ" markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.