09:01

Astarada avtoxuliqanlıq edən şəxslər həbs olunub

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən şəxslər barəsində ciddi cəza tədbirləri görülüb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "Toyota" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən bu şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs edilib.