15:22

Tanınmış şairin yeni kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair, Prezident təqaüd­çüsü, Beynəlxalq Rəsul Rza ədəbi mükafa­tı laureatı Balayar Sadiqin yenicə çapdan çıxmış “Yaddaş ətri” şeirlər və poemalar kitabının təqdimatı olub.

Tədbiri AYB-nin katibi İlqar Fəh­mi açaraq, çağdaş poeziyamızın ta­nınmış nümayən­dələrindən olan Balayar Sadiqin yaradıcılıq məziy­yətlərindən bəhs edib. Şair-publisist Ağacəfər Həsənli, filologiya elmləri doktoru, professor Elman Quliyev, “Kredo” qəzetinin baş re­daktoru Əlirza Xələfli və başqaları müəlli­fin poetik duyumu, hadisələrə özəl yanaş­ması, poetikasının janr müxtəlifliyi barədə danışıblar. Qeyd olunub ki, kitabda şairin maraqla oxunan “Gülümsə, Vətən”, “Qı­zılbaş”, “Sözün Lənkəran ətri”, “İstanbula məktub” və “Zindan görüşləri” poemaları da yer alıb. Natiqlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda Balayar Sadiq AYB rəh­bərliyinə, xoş sözlərə görə natiqlərə min­nətdaqlığını bildirərək, yeni şeirlərini oxuyub və “Yaddaş ətri”nin nüsxələrini imzalaya­raq oxuculara təqdim edib.