15:56

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə yeni direktor təyin olunub

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə yeni direktor təyin olunub. Xəbər24.medianın məlumatına görə, bununla bağlı Mədəniyyət naziri Adil Kərimli müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Leyla Qadir qızı Məcidova Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Leyla Məcidova Lənkəran Dövlət Universitetinin baş müəllimidir, tarix üzrə fəlsəfə doktorudur. Hazırda doktorluq dissertasiyası üzərində çalışır.

Təbrik edirik!