13:51

Salyan Dövlət Kukla Teatrı Özbəkistanda qastrol səfərində olub

Salyan Dövlət Kukla Teatrı ilk dəfə Özbəkistanda qastrol səfərində olub. Teatrdan Xəbər24.mediaya verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan qastrol səfəri 25 sentyabr – 2 oktyabr tarixlərini əhatə edib.

Salyan kuklaçıları İsgəndər Coşqunun “Çal-oyna” tamaşası ilə ilk olaraq Sırxandərya vilayətinin Termez şəhərində fəaliyyət göstərən Kuğurcak Dövlət Teatrının səhnəsinə çıxıb. Sonrakı günlərdə tamaşa Daşkənd və Səmərqənd şəhərlərində oynanılıb. Səhnə işi özbək tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.

Qeyd edək ki, Salyan Dövlət Kukla Teatrı ilə Kuğurcak Dövlət Teatrı arasında 29 iyun 2023-cü il tarixində Salyan şəhərində əməkdaşlıq haqqında memorandum imzalanıb.