15:11

"Sözdən gözəllik yaradan dostlarım"kitabının təqdimatı olub

Bakı şəhərindəki "Badi Səba"şadlıq sarayında yazıçı, şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl Qələm" ali media mükafatı laureatı Arzu Heydərovanın (Balsəs) "Sözdən gözəllik yaradan dostlarım" kitabının təqdimat mərasimi olub. Xəbər24.medianın məlumatına görə, tədbirdə şairlər və yazıçılar, şəhid valideynləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə ayrı-ayrı natiqlər çıxış edərək kitabın məziyyətlərindən söz açıb, Arzu Heydərovaya yeni yaradıcılıq uğurları diləyiblər.

A.Heydərova da öz növbəsində çıxışında onun sənətinə dəyər verən qələm dostlarına, tədbir iştirakçılarına təşəkkürünü çatdırıb.

Qeyd edək ki, 328 səhifəlik "Sözdən gözəllik yaradan dostlarım" kitabında 79 müəllifin Arzu Heydərovaya həsr olunmuş şeir, məqalə və rəyləri yer alıb. Kitabın redaktoru şair-publisist, AYB-nin üzvü Əhməd Haqsevərdir.